Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

post-img

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən  bildirilib ki, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.



Son xəbərlər