Xankəndi şəhəri ərazisindən silah-sursat tapılmışdır

post-img

Aprelin 15-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən yeni silahlar tapılıb. 

Xəbəri DİN mətbuat xidməti verib. 

Məlumata görə, 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan,  5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi  və digər sursatlar aşkar olunaraq götürülüb. 

Bu istiqamətdə fəaliyyət davam etdirilir. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər