Mövqelərimiz Ermənistandan atəşə tutulub

post-img

Aprelin 9-da saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə verilən di­gər məlumata görə, həmin gün saat 16:00-dan 16:50-dək Er­mənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Şərur rayonu­nun Cəhazir yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu dəfə də bölmələ­rimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbir­ləri görülüb.

Hərbi pilotlar təlim-məşq uçuşlarında 

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş ha­zırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.

XQ



Son xəbərlər