Tovuz və Gədəbəy atəşə tutuldu

post-img

Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələ­ri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər. Bu barədə XQ-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordu­sunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bundan başqa, saat 17:25 ra­dələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Azərbaycan Ordusu­nun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutulub.

XQ

Son xəbərlər