Ukrayna–Azərbaycan poçt markası

post-img

Ukrayna–Azərbaycan dostluğu şərəfinə Lvov­da "Güc birlikdədir" seriyasından buraxılan poçt markasının təntənəli şəkildə möhür­lənməsi mərasimi keçirilib. Poçt markaları seriyası müharibə zamanı Ukraynaya kömək edən ölkələrə həsr olunub.

Markanın möhürlənməsi mərasimində "Ukrpoç­ta" Səhmdar Cəmiyyətinin qərb regionunun biz­nesinin inkişafı üzrə direktoru Yevgeni Savçuk bil­dirib ki, marka Ukrayna və ona humanitar yardım göstərən Azərbaycan arasında dostluq münasibət­lərinə həsr olunub. 

XQ

Son xəbərlər