Azərbaycan mina təhlükəsi ilə mübarizədə

post-img

Dünən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Tərtərdə toplantı keçirilib.

Azərbaycan Respub­likası Minatəmizləmə Agentliyi yanında İctimai Şuranın üzvləri, Azərbay­canın aparıcı QHT rəh­bərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələ­ri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları, Qeyri-Texniki Təhqiqat və Partlayıcı sursatların təhlükəsinə dair maarif­ləndirmə layihələrinin əməkdaşları, mina qur­banları və onların ailə üzvlərinin iştirakı ilə keçirilən mərasimdə BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev dünyada və Azərbaycanda mina təh­lükəsindən, onun yaratdığı fəsadlardan danışıb. 

Minalar Əleyhinə Azərbaycan Kampani­yasının sədri Hafiz Səfixanov bildirib ki, Azər­baycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qur­banlarının sayından çoxdur. Bu səbəbdən bil­dirdi ki, maarifləndirmə proqramlarında verilən tövsiyələrə ciddi əməl etmək lazımdır.

Mina qurbanları – ANAMA yanında İc­timai Şuranın üzvü Hafiz Əzimzadə, Mina­dan Zərərçəkənlər Assosiasiyası birliyinin sədri Rey Kərimoğlu ölkəmizdəki minadan zərərçəkənlərin problemlərindən, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən danışıblar.

Sonra vətəndaş cəmiyyəti qurumları, mi­nadan zərərçəkənlər və mina qurbanlarının ailə üzvlərinin imzası ilə dünya ictimaiyyə­tinə müraciət qəbul olunub.

XQ

Son xəbərlər