Fransa vətəndaşının Bakıda metro xuliqanlığı

post-img

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsma­el De Saint Quent və Fransa vətənda­şı Clerc Theqo Huqo martın 30-u gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əm­lakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib. Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin mü­vafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa vətəndaşı Clerc Theqo Huqo məhkəmə­nin qərarı ilə 3 ay müddətinə həbs, digər­ləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

XQ

Son xəbərlər