Bank kartından və mənzildən oğurluq edilib

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 1000 manat pul və bank kartı, həmin kartdan isə 600 manat pul oğurlamaqda şübhəli bilinən Cəsur Mikayılov müəyyən olunaraq saxlanılıb. 

Martın 9-da Yasamal rayonu ərazisində mənzillərin birindən geyim əşyaları və içərisində 2 ədəd mobil telefon, bank kartı, açar, sənəd olan əl çantasının oğurlanması, həmin bank kartından isə 93 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.  

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunan qadın saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər