Əsgərimiz Ermənistandan Bakıya gətirilib

post-img

Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb.

Əsgərimiz martın 5-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib. Ae­roporta jurnalistlərə açıqlama verən Ruslan Pənahov deyib: “Vətənə qayıtmaq çox yaxşı hissdir. Hazırda səhhətim normaldır. Özümü yaxşı hiss edirəm”. R.Pənahov onu Vətənə geri qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib: “Mən bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək”.

Ruslan Pənahovun Azərbaycana qayta­rılması dövlətimizin gücünü, regionda söz sahibi olduğunu bir daha göstərdi. Azərbay­can dövləti dəfələrlə bəyan edib ki, heç bir vətəndaşını, hərbçisini darda qoymayacaq və onlara yardım göstərmək, geri, Vətənə qayı­dışını təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək. 

XQ

Son xəbərlər