Qərbi Azərbaycan İcması: təşkilatlanma davam edir

post-img

Qərbi Azərbaycanın rayon və kənd icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin birinci toplantısı keçirilib.

Qərbi Azərbaycan İcmasında keçi­rilən tədbirdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayı­dış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icmalarının rəhbərlərinin toplantısının önəmini qeyd edib. Sədr bildirib ki, ötən əsrdə dörd dəfə doğma ata–baba yurdlarından deportasiya edil­miş qərbi azərbaycanlılar evlərinə qayı­dacaqları günü səbirsizliklə gözləyirlər. Sonuncu - 1987-1991-ci illərdəki depor­tasiya zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr qərbi azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin bu gün də boş və dağıdıl­mış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb.

Əziz Ələkbərli qeyd edib ki, soydaşla­rımızın sülh yolu ilə təhlükəsiz və ləyaqət­li şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir qərbi azərbaycanlı səfərbər olmalı, haqq səsimizin daha ge­niş auditoriyaya çatdırılması istiqamətin­də əlindən gələni etməlidir. Bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icma­larının sədrlərinin üzərinə böyük mənəvi məsuliyyət düşür. Qərbi azərbaycanlıla­rın nəinki indi, gələcəkdə qayıdışdan son­ra da kompaktlığını təmin etmək, əlaqələ­rinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir.

XQ

Son xəbərlər