Gözəllik salonundan 17 min manatlıq lazer aparatı oğurlanıb

post-img

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək Zabrat qəsəbəsində ona məxsus gözəllik salonundan 17 000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib. 

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar.

 Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər. Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər