Mühəndislik Akademiyasının Bakı Bəyannaməsi

post-img

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. 

İclasda çıxış edən akade­miyanın prezidenti, akademik Arif Paşayev qeyd edib ki, Azər­baycan Mühəndislik Akademi­yası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təş­kilatları Federasiyasına (WFEO) tamhüquqlu üzv seçilib. 

Akademik Arif Paşayev bildi­rib ki, Azərbaycan Mühəndislik Akademiyası, Ümumdünya Mü­həndislik Təşkilatları Federasi­yası və onun Baş Assambleya­sının, eləcə də 7-ci Ümumdünya Mühəndislik Konqresinin töv­siyələrini əsas tutaraq, planetar problemləri həll etmək və texno­loji yeniliklərin və transdisiplinar yanaşmaların necə təmin edilə biləcəyini araşdırmaq, təhlükə­siz, ədalətli, sağlam və dinc gələ­cəyi, ekoloji, sosial və iqtisadi davamlılığı təmin etmək məqsə­dilə ölkə mühəndislərini bir araya gətirməyi qarşısına qoyaraq bə­yan edir. 

Yekunda akademik Arif Pa­şayev akademiyanın qəbul etdiyi Bakı Bəyannaməsinin, bəşə­riyyətin innovativ mühəndisliyə ehtiyacını və eləcə də ehtiyac duyulan paradiqma dəyişikliyini təmin etmək üçün bir açar olaca­ğına ümidvar olduğunu bildirib.

Son xəbərlər