İqlim maliyyəsi yaratmaq günün tələbidir

post-img

“Biz COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında bir körpü olaraq gücümüzdən istifadə edərək, iqlim istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səyləri sürətləndirməyə sadiqik. Bunun açarı iqlim probleminin miqyasını və aktuallığını əks etdirən yeni iqlim maliyyəsinin yaradılması olacaq”.

AZƏRTAC COP29-un rəs­mi "X" hesabına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un prezi­denti Muxtar Babayev Dünya Hö­kumət Sammitində çıxışı zamanı bildirib. O, yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. COP29 preziden­ti, həmçinin COP prezidentlərinin “üçlüyü"nün birgə fəaliyyətə baş­lamasını şərh edərək, Azərbayca­nın sədrliyinin "missiya 1.5°C"in qorunması üçün səylərin artırıl­masına sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammi­tində iştirak edən hazırkı və gələ­cək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möh­kəmləndirmək üçün Azərbaycan, BƏƏ və Braziliya arasında tərəf­daşlığa başlanılıb.

Son xəbərlər