Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

post-img

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

13 fevral 2024-cü il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Cey­hun Qaracayev, Rafael Qvaladze, İsa Nəcə­fov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, 

məhkəmə katibi Fəraid Əliyev və Vüqar Zeynalovun,

maraqlı subyektin nümayəndələri Azər­baycan Respublikası Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahovun, sədr müavini Rövzət Qasımovun, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimovun, üzvlə­ri Fuad Cavadov, Şaitdin Əliyev, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Oru­cov, Hüseyn Paşayev, Almas Qəhramanlı, Etibar Quliyev və İlkin Şahbazovun,

ekspertlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Sevda Süleymanova və Fərid Əhmədovun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi­nin Konstitusiya hüququ kafedrasının dosen­ti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq elmləri dok­toru Etibar Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyası­nın 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasın­dan daxil olmuş protokol və ona əlavə edil­miş sənədlər üzrə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin nümayən­dəsi M.Pənahovun çıxışını, ekspertlər S.Sü­leymanova və N.Şükürovun rəylərini dinlə­yib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

Azərbaycan Respublikası Konstitusiya­sının 101-ci maddəsinin I hissəsinə, Azər­baycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə və Azərbaycan Res­publikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmiş­dir. 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü mad­dələrinə müvafiq olaraq səsvermənin nəti­cələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümu­miləşdirərək, Azərbaycan Respublikası Pre­zidenti seçkiləri üzrə səsvermənin nəticələ­rinə dair 2024-cü il 11 fevral tarixli protokolu tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli 10/36 saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəl­ləsinin 203.1-ci maddəsinə əsasən, Azərbay­can Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəti­cələrini təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Seçkilərin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissi­yası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsi­nin tələblərinə uyğunluğunun yoxlanılma­sı məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq ekspert­ləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanu­nunun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələrin­dən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası­nın Ali Məhkəməsindən və Azərbaycan Res­publikasının Prokurorluğundan seçki hüquq­larının müdafiəsi ilə bağlı məlumatları tələb etmişdir.

Azərbaycan Respublikası Prezidenti seç­kilərinin yekunlarına dair Azərbaycan Res­publikası Mərkəzi Seçki Komissiyası tərəfin­dən təqdim olunmuş sənədlərdən göründüyü kimi, seçki qutularında 4 967 795 (dörd mil­yon doqquz yüz altmış yeddi min yeddi yüz doxsan beş) seçki bülleteni müəyyən edilmiş, bunlardan 9 828 (doqquz min səkkiz yüz iyir­mi səkkiz) səs etibarsız hesab edilmişdir. 

Etibarlı hesab edilmiş 4 957 967 (dörd milyon doqquz yüz əlli yeddi min doqquz yüz altmış yeddi) səs prezidentliyə namizəd­lər arasında aşağıdakı qaydada bölünmüşdür:

Əliyev Fuad Ağasi oğlu – lehinə 26 517 (iyirmi altı min beş yüz on yeddi) səs və ya 0.54 faiz;

Əliyev İlham Heydər oğlu – lehinə 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz; 

Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 85 411 (səksən beş min dörd yüz on bir) səs və ya 1.72 faiz;

Musayev Elşad Nəbi oğlu – lehinə 32 885 (otuz iki min səkkiz yüz səksən beş) səs və ya 0.66 faiz;

Mustafa Fazil Qəzənfər oğlu – lehinə 98 421 (doxsan səkkiz min dörd yüz iyirmi bir) səs və ya 1.99 faiz;

Nurullayev Razi Qulaməli oğlu – lehinə 39 643 (otuz doqquz min altı yüz qırx üç) səs və ya 0.80 faiz;

Oruc Zahid Məhərrəm oğlu – lehinə 107 632 (yüz yeddi min altı yüz otuz iki) səs və ya 2.17 faiz.

Azərbaycan Respublikası Seçki Məcəllə­sinin 100.12-ci maddəsinə görə, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərə­findən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komis­siyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respublikasının Konsti­tusiya Məhkəməsinə təqdim olunmuş səs­vermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 18-i tərəfindən imzalanmışdır.

Ekspert S.Süleymanova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkilə­rinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələri baxımından düzgün tər­tib edilmişdir və qanunvericiliyin tələblərinə uyğundur.

Ekspert N.Şükürovun rəyinə əsasən, Azərbaycan Respublikası Prezidenti seç­kilərinin nəticələrinə dair Azərbaycan Res­publikası Mərkəzi Seçki Komissiyasının protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblə­rinə tam cavab verir.

Azərbaycan Respublikasının Konstitusi­ya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiə­si ilə bağlı Bakı Apellyasiya Məhkəməsində səkkiz, Sumqayıt Apellyasiya Məhkəməsin­də isə bir ərizəyə baxılmış və həmin ərizələr əsassız olduğundan təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəmə­sinin məlumatına görə, məhkəmə aktlarından verilmiş üç kassasiya şikayəti təmin olunma­dan saxlanılmışdır. 

Gəncə, Şirvan, Şəki Apellyasiya Məh­kəmələri və Naxçıvan Muxtar Respubli­kasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildirmişlər.

Azərbaycan Respublikası Prokurorluğu­nun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə apa­rılmış araşdırma zamanı həmin şikayətdə irə­li sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir. 

Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ple­numu 2024-cü il fevralın 7-də keçirilmiş növ­bədənkənar Azərbaycan Respublikası Prezi­denti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunu Azər­baycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələri­nin tələblərinə uyğun hesab edir. 

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbay­can Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Ko­missiyasının protokolunda əks olunmuş nəti­cələr təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya­sının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səs­vermədə iştirak edənlərin yarısından çoxu­nun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikası Seçki Məcəl­ləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentliyinə namizədə səsvermədə iştirak etmiş seçicilə­rin yarısından çoxu səs verdikdə, o, Azər­baycan Respublikasının Prezidenti seçilmiş sayılır. 

Qeyd olunduğu kimi, etibarlı hesab edil­miş seçici səslərindən 4 567 458 (dörd mil­yon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir. 

Beləliklə, Azərbaycan Respublika­sı Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblə­rinə uyğun olaraq Azərbaycan Respublika­sının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya­sının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respubli­kası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azər­baycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məh­kəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Res­publikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Prezi­dentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin. 

3. Qərar elan olunduğu andan qüvvəyə minir. 

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbay­can Respublikası Konstitusiya Məhkəməsi­nin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad ABDULLAYEV

Son xəbərlər