Rustavidə atışma

post-img

Dünən Gürcüstanın Rustavi şəhərindəki “İstanbul bazar” adlanan ərazidə silahlı insident baş verib. 1988-ci il təvəllüdlü şəxs bazarda adamlara atəş açıb, nəticədə, 4 nəfər həlak olub, bir nəfər yaralanıb.

Məlumata əsasən, ölənlərdən biri cinayəti törədən şəxsin əmisi olub. O, əmisini ona nisyə ət verməməsi, taksi sürücüsünü isə onu ərazidən uzaqlaşdırmaq istəməməsi səbəbindən öldürüb. Digər iki nəfər isə pərakəndə atəş nəticəsində həlak olub. Yaralanan gənc isə cinayətkarın əmisi oğludur.

Polis əməkdaşları atəş açan şəxsi hadisə yerində həbs ediblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırma davam etdirilir.

XQ

 

Son xəbərlər