Oğurluq və soyğunçuluq faktları araşdırılır

post-img

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Yasamal rayonu ərazisindəki ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14800 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin planşetini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ə.Cəfərli və A.Əmirov müəyyən olunaraq saxlanılıblar. 
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

Qaradağ RPİ 10-cu şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən X.Bəyaliyev müəyyən olunaraq saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən E.Babayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər