GUAM PA: “Seçkilər ölkə qanunvericiliyinə, demokratik prinsiplərə uyğun keçirilib”

post-img

07 fevral 2024-ci il tarixdə beynəlxalq müşahidəçi qismində akkreditə olunmuş GUAM PA müşahidə missiyası Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.Secki-2024.az saytı xəbər verir ki, mətbuat konfransında təşkilatın baş katibi Altay Əfəndiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev, əməkdaşlar Teymuraz Kiladze və Səbuhi Təmirov iştirak ediblər.

Mətbuat konfransında çıxış edən müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev GUAM təşkilatı nümayəndə heyəti adından Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair bəyanatı media mənsublarının diqqətinə çatdırıb. Bəyanatda nümayəndə heyətinin Sumqayıt şəhərində və Nərimanov rayonunda seçki məntəqələrində müşahidə aparıldığı bildirilir. Qeyd olunur ki, prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik prinsiplərə uyğun keçirilib:

“Səsvermə prosesində seçicilərin tam olaraq azad şəkildə səs vermələri təmin edilib. Keçirilmiş seçkilər beynəlxalq seçki standartlarına tam uyğun təşkil edilib. Hər hansı qanun pozuntusu aşkar edilməyib və müşahidə missiyasına şikayət daxil olmayıb. Bülletenlərin doldurulması prosesi şəffaf şəkildə həyata keçirilib. Seçkilər rəqabətədavamlı şəkildə baş tutub”, - deyə müşahidə missiyasının bəyanatınd bildirilir.

Son xəbərlər