Azərbaycanın Özbəkistandakı səfirliyində səsvermə keçirilib

post-img

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində səsvermə keçirilib.

Səfirlikdə yaradılan Yasamal ikinci 16 saylı seçki məntəqəsində Daşkənddə və paytaxta yaxın yerlərdə yaşayan Azərbaycan vətəndaşları, Özbəkistanda keçirilən tədbirlərdə iştirak etmək üçün dost ölkəyə gələn vətəndaşlarımız iştirak edib. 

Azərbaycanın Özbəkistandakı səfiri, məntəqə seçki komissiyasının sədri Hüseyn Quliyev bildirib ki, səfirlikdə qeydə alınan 249 Azərbaycan vətəndaşının 235- i seçkidə iştirak edib. Seçkilərin şəffaf, demokratik keçirilməsi üçün səfirlikdə hər cür şərait yaradılıb. 

Hüseyn Quliyev deyib: Çox şadam ki, bu seçkilər Qarabağ tam azad olunduqdan sonra keçirilir. Hazırda tamamilə dağıdılan yeddi şəhər və rayonumuzun bərpası və yenidən qurulması yolunda iş aparılır. Əminəm ki, bu istiqamətdə layihələrimiz yüksək səviyyədə həyata keçiriləcək. Mən bu gün Azərbaycanın iqtisadi inkişafına, sabitliyinə, Qarabağın dirçəldilməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına səs verdim”.  

İş adamı Nazim Musazadə isə deyib ki, Azərbaycanın qalib və qürurlu vətəndaşı kimi öz namizədimə səs verdim, əminəm ki, seçimimdə yanılmamışam. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       







Son xəbərlər