“Dahilər”in həmişəyaşar nəğmələri

post-img

Aprelin 11-də Heydər Əliyev Sarayında “Dahilər” adlı möhtəşəm konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən XQ-yə bil­dirilib ki, "Azkonsertşou" və "Maestro Musiqi – Azərbaycan"ın təşkilatçılığı və Azərbaycan Televiziyasının informasiya dəstəyi ilə keçirilən gecədə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi və Elza İbrahi­movanın yaddaşlara həkk olunan unudulmaz bəstələri səsləndiriləcək.

“Bakı Sinfonietta” Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə Azərbaycanın Xalq və Əməkdar artistləri, tanınmış müğənniləri çıxış edəcəklər.

XQ

Son xəbərlər