Rezin saatlar niyə təhlükəlidir?

post-img

Alimlər plastik və ya rezin ağıllı saatların taxılmasının təhlükələrini aşkar ediblər. Bu materiallar bakteriyaların yığılması və yayılması üçün münbit mühitdir.

Tədqiqatçılar 20 fərqli ağıllı saatı təhlil etdik­dən sonra onların 95 faizinin səthində dəri xəstə­likləri və iltihaba səbəb ola biləcək fəal zərərli bakteriyaların olduğunu aşkar ediblər.

Həkimlərin fikrincə, nisbətən aşağı səviyyədə olsa belə, bu patogenlər bədənimizə əhəmiyyətli təsir göstərə bilər. İmmuniteti zəif olan insanlar üçün təhlükə xüsusilə kəskindir.

Yoluxmaya həssas kateqoriyalara tibb işçilə­ri daxildir. Çünki onlar daim xəstələrlə təmasda olurlar. İdmanla məşğul olanların da saatlarının səthində ən yüksək stafilokok bakteriyaları aşkar edilib.

XQ

Son xəbərlər