Rusiya Arktika Şurasından çıxmağı istisna etmir

post-img

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bildirib ki, Rusiya Arktika Şurasının fəaliyyəti ölkənin maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmasını istisna etmir. Onun fikrincə, şura “mümkün olan ən aşağı sürətlə” fəaliyyət göstərir. 

Diplomat bildirib ki, şuraya sədrlik edən Norveç təşkilatın işini tam formatda bərpa etmək istəyir, lakin şuranın digər üzvlərindən dəstək görmür. “Biz ondan çıxış edirik ki, xarici siyasət manevri üçün bütün variantlarımız olmalıdır, o cümlədən Arktika Şurasının fəaliyyəti Rusiyanın maraqlarına uyğun gəlmirsə, onun tərkibindən çıxmaq lazımdır”, - deyə cənab Korçunov RİA Novosti-yə bildirib.

Arktika Şurası 1996-cı ildə yaradılıb. Buraya Danimarka (Qrenlandiya və Farer adaları daxil olmaqla), İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç daxildir. Təşkilatın sədri iki ildən bir dəyişir.

S.ELAY

XQ

 

Dünya