Paralimpiya çempionu: “Prezident seçkilərində ilk dəfə, özü də qalib ölkənin qalib idmançısı kimi iştirak edəcəm”

post-img

“Fevralın 7-si mənim üçün çox əlamətdar tarixdir. Çünki ilk dəfə prezident seçkilərində iştirak edəcəm və ilk dəfədir ki, minlərlə şəhidimizin qanı bahasına qazandığımız Zəfər sayəsində bu seçkilər Azərbaycanın bütün ərazisində keçiriləcək. Seçkilərdə qalib ölkənin qalib vətəndaşı kimi iştirak etmək çox qürurvericidir!”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında 2021-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş XVI Yay Paralimpiya Oyunlarının para-cüdo üzrə qalibi Şahanə Hacıyeva deyib.

O vurğulayıb ki, səsvermədə ailəlikcə iştirak edəcəklər: “Bu seçkilərdə Sumqayıt şəhərində, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 36 saylı məntəqəsində səs verəcəyik. Artıq işğaldan azad olunan ərazilərdə, ata-anamın doğma yurdu Cəbrayılda da seçki məntəqələri yaradılıb. Əminik ki, növbəti seçkilərə qədər biz də daimi yaşamaq üçün öz torpaqlarımıza qayıdacağıq. Mən bütün gəncləri, idmançılarımızı səsvermədə aktiv iştirak etməyə səsləyirəm. Bu, hər birimizin vətəndaşlıq borcudur”.

Son xəbərlər