“Biz artıq 3 min seçici arasında sorğu aparmışıq. Bu isə seçicilərin təxminən 2 faizi deməkdir”. Secki-2024.az saytı xəbər verir ki, bunu “Oracle Advisory Group” təşkilatının nümayəndəsi Vlada Qalan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sorğunun 75,3 faizi böyük şəhər ərazisində keçirilib: “Sorğunun 23,4 faizi isə şəhər tipli qəsəbələrdə, 1,3 faizi isə kəndlərdən götürülüb. Gender məsələsinə gəldikdə isə 49,3 qadın, 50,7 faizi isə kişilər olub. 50 faizi Bakıda, 13,4 faizi Abşeron-Xızı, 3,3 faizi Gəncə-Daşkəsən, 3,3 Naxçıvanda, 3,3 Şirvan-Salyan, 3,3 Şəki-Zaqatala, 3,3 Mərkəzi Aran, 3,3 Lənkəran-Astara, 3,6 Quba- Xaçmaz, 3,3 Dağlıq Şirvan, eyni zamanda 3,3 Qarabağ bölgəsini əhatə edib”.