1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb

post-img

Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Əvvəlcə Komissiyanın 2024-cü il 26 yanvar tarixli iclasının protokolu təsdiq olunub.

Sonra fevralın 7-nə təyin edilmiş növ­bədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələ­rində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Aparılan geniş mü­zakirələr zamanı ölkəmizdə keçirilən seçkilərdə 2008-ci ildən etibarən müvəf­fəqiyyətlə tətbiq olunan veb-kamera təc­rübəsinin seçkilərin izlənilməsinə qatılmış çoxsaylı aşkarlıq institutları, yerli və bey­nəlxalq müşahidəçilər, media nümayən­dələri, eləcə də peşəkar seçki mütəxəs­sisləri tərəfindən mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirildiyi diqqətə çatdı­rılıb. Veb-kameralardan qarşıdan gələn seçkilərdə də istifadə edilməsinin səsver­mə günü şəffaflığın daha böyük miqyasda təmin olunmasına mühüm töhfə verəcə­yinə əminlik bildirilib. 

İclasda, həmçinin vurğulanıb ki, fev­ralın 7-də keçiriləcək prezident seçkilə­rində veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Döv­lət Xidməti ilə sıx əməkdaşlığı şəraitində reallaşdırılıb.

Komissiya prezident seçkiləri ilə əlaqə­dar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində 119 seçki dairə­si üzrə 1000 seçki məntəqəsində veb-ka­meralar quraşdırılmasına qərar verib. 

Beynəlxalq müşahidə missiyaları və xarici təşkilat təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə al­mış müşahidəçi və media nümayəndələ­rinin iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiya­larının tərkibində dəyişikliklər edilib, cari məsələlərə baxılıb.

XQ

Son xəbərlər