ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.
Həmin sorğunun təqdimat mərasimi fevralın 2-si, saat 11-00-da, Vaqif prospekti 103 ünvanında yerləşən "Park Suite Hotel"- də (məkanın əvvəlki adı "Irshad Hotel") keçiriləcək.
Qeyd edək ki, ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seşki Komissiyasından (MSK) akkreditasiyadan keçib.