Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin yeni sədrini kollektivə təqdim edib

post-img

Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib. 

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiy­yətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks et­dirən möhtəşəm kompleks, sakinlərimizin və qo­naqlarımızın ən çox üz tutduqları gəzinti və isti­rahət yerlərindən biri olduğunu bildirib. 

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövləti­mizin başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsin­də dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb. 

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 10-da imzaladığı fərmanla ya­radılmış Dənizkənarı Bulvar İdarəsi Bakı şəhə­rində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və pers­pektiv inkişafının təmin edilməsi sahəsində fəa­liyyət göstərən qurumdur. Bu vəzifələrin səmərəli şəkildə icrası üçün daha əzmlə, məsuliyyətlə ça­lışmağın vacib olduğunu diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş səd­rə və idarənin əməkdaşlarına uğurlar arzulayıb.

XQ

Son xəbərlər