“Seçki gününü gözləyirik”

post-img

6 saylı Ordubad–Culfa dairə seçki komissiyasının sədri Həsən Həsənov növbədənkənar prezident seçkiləri üzrə görülən hazırlıq işlərindən danışarkən dedi ki, demək olar ki, bütün məntəqələr seçkiyə tam hazırdır. Ümumiyyətlə, Naxçıvanda bütün seçkilər həmişə demokra­tik və şəffaf keçirilib. İndiyədək keçirilən seçkilərdə heç bir insident qeydə alınmayıb. Bunu seçkiləri izləyən beynəlxalq müşahidəçilərin müsbət rəyləri də təsdiqləyir. Növbədənkə­nar seçkilərin də yüksək səviyyədə keçirliləcəyinə tam əminik. 

DSK sədri dedi ki, Ordu­bad–Culfa seçki dairəsində də seçkilərə hazırlıq yüksək səviyyədə aparılır. Çalışırıq ki, ötən seçkilərdə olduğu kimi, builki seçkilərdə də nü­munəvi olaq. Bundan ötrü bütün imkanlardan istifadə olunur. Seçki məntəqələri avadanlıqlar, metodiki və­saitlər, MSK tərəfindən ha­zırlanmış təlimatlar və seçki materialları ilə təmin olunub. Sədr, katib, komissiya üzvləri və müşahidəçilər üçün əlve­rişli şərait ayrılıb. Səsvermə kabinələri tam hazır vəziy­yətdədir. Ötən seçkilərdə ol­duğu kimi, bu il də seçicilərin barmaqlarının gözlə görün­məyən mürəkkəblə işarələn­məsindən istifadə olunacaq. Bu üsul aşkarlığın təmin olun­masında çox əhəmiyyətlidir. Çünki barmağı işarələnmiş seçici digər məntəqədə təkrar səs verə bilməz. Bütün seç­ki məntəqələrində seçicilərin barmaqları bənövşəyi lampa­larla yoxlanılır. 

H.Həsənov aşağı seçki komissiya üzvlərinin maa­rifləndirici proqramlara cəlb edilməsindən də söhbət açdı. Eyni zamanda, məntəqə seçki komissiyasının üzvlə­ri üçün seçkinin keçirilməsi və protokolların doldurul­ması ilə əlaqədar gündəlik treninqlər keçirilib. Mərkəzi Seçki Komissiyasının maa­rifləndirmə proqramı çərçi­vəsində treninqlərdə aşağı seçki komissiya üzvlərinin bilik və bacarıqları daha da təkmilləşdirilib. Növbəti təlim Ordubad rayonunda təşkil olunub. Təlimlərdə hər bir iştirakçıya istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seç­ki günü üçün yaddaş” kitab­çası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əya­ni materiallar təqdim olunub. Bununla yanaşı, onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə pro­sesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaq­la, bütün prosedurlar barədə ətraflı məlumat əldə edirlər.

DSK sədri bildirdi ki, növ­bədənkənar prezident seç­kilərində dairə üzrə 63 seçki məntəqəsi yaradılıb və 46 min 138 nəfər seçici qeydə alınıb. Onlardan 80 nəfəri ilk dəfə səs verəcək. Yeddi seç­ki məntəqəsində veb-kamera quraşdırılıb ki, onlardan 5-i Ordubad, 2-si isə Culfa rayo­nu ərazisindədir. Seçkilərdə bütün seçicilərin iştirakı tə­min olunacaq. O cümlədən, sağlamlıq imkanları məhdud şəxslər üçün də daşınan qutu vasitəsilə səsvermə imkanı yaradılacaq. Biz seçicilərin yolunu gözləyirik.

Əliqismət BƏDƏLOV 
XQ



Son xəbərlər