Beynəlxalq müşahidəçilər Saatlıda

post-img

Növbədənkənar prezident seçkiləri beynəlxalq aləmin diqqət mərkəzindədir. Seçkilərə hazırlıq işləri ilə maraqlanan ATƏT/DTİHB müşahidəçiləri bu günlərdə Saatlı rayonunda seçkiyə hazırlıq prosesi ilə tanış olublar.

DSK sədri qeyd edib ki, seçkilərə hazırlıq prosesi qanunvericilik çərçivəsində davam edir: Builki seçkilər­də 7 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Fizi­ki qüsurlu seçicilərin səsver­mə hüququnu təmin etmək məqsədilə 12 seçki dairəsində panduslar qoyulub.

A.Əliyev deyib ki, müşa­hidəçilərin qeydiyyatdan keç­mələri ilə bağlı heç bir problem yoxdur. Şəffalığın təmin olun­ması üçün müşahidəçilərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Dairə üzrə 639 müşahidəçi qeydiyyatdan ke­çib. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İn­san Hüquqları Bürosunun mü­şahidəçiləri də dairə üzrə seç­kilərə hazırlıq prosesi ilə tanış olublar. Əminliklə demək olar ki, beynəlxalq müşahidəçilər hər hansı bir nöqsanla qarşı­laşmayıb.

DSK sədri seçki komissiya­larının üzvlərinə maarifləndirici treninqlərin keçirildiyini, seçki prosesi ilə bağlı metodiki mə­lumatlandırma işinin aparıldı­ğını da diqqətə çatdırdı. Dedi ki, bütünn seçkim məntəqələri seçkiyə tam hazırdır.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər