Türkiyədən əks-səda: Zəfər yoluna davam!

post-img

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ölkə hüdudların­dan kənarda yaşayan həmvətənlərimiz də böyük maraq göstərirlər. Onlar seçki­nin keçiriləcəyi günü səbrsizliklə gözləyir və Zəfər seçkisində iştirak etməkdən qürur duyurlar. Ən əsası ona görə ki, ilk dəfə olaraq seçkilər Azərbaycanın bütün ərazilərində keçiriləcək. 

Məlumdur ki, 44 günlük Vətən müha­ribəsindən və ötən ilin sentyabrında Qa­rabağda keçirilmiş bir günlük antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Hazırda iş­ğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Bu baxım­dam növbədənkənar prezident seçkiləri­nin bütün ərazilərimizdə keçirilməsi qü­rurverici haldır. Bu, hər bir soydaşımızın, eləcə də dünya azərbaycanlılarının ən böyük arzusu idi. 

Xaricdə yaşayan həmvətənlərimiz də Qarabağda keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seç­kilərini səbrsizliklə gözləyirlər. Bunu qar­daş Türkiyənin Əskişəhər Azərbaycanlıları Dərnəyinin sədri Cavid Məmmədov deyib. O, prezident seçkilərinin hər kəsin ürə­yindən gələn bir hadisə olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra seçkilərin ilk dəfə ölkə­nin bütün ərazisində keçirilməsi bayram ab-havası yaradıb.

Torpaqlarımızın işğal altında qaldığı dövrdə hər kəsin ürəyinin yaralı olduğunu bildirən dərnək sədri deyib ki, əvvəlki seç­kilər zamanı hamının arzusu növbəti seç­kilərin Qarabağı da əhatə etməsi idi. Hər kəs bu şüarları səsləndirirdi. İndi Azərbay­can bütün torpaqlarını işğaldan azad edib və xalqımızın arzusu yerinə yetib. Azər­baycan artıq yeni dövrə qədəm qoyub və bu dövrdə güclü addımlar atması üçün prezident seçkiləri mütləq idi. O, əminliklə bildirib ki, Azərbaycan xalqı doğru qərar verəcək. Bu seçkilər xaricdə yaşayan soy­daşlarımızı da sevindirir.

Seçicilərdə böyük ruh yüksəkliyinin, xoş əhval-ruhiyyənin olduğunu söyləyən C.Məmmədov bildirib ki, Əskişəhər Azər­baycanlıları Dərnəyinin üzvü olan soy­daşlarımız da seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər. Dərnək rəhbəri deyib ki, son illər Azərbaycanda keçirilən bütün seçkilər demokratikliyinə, şəffaflığına görə hər birmizdə qürur doğurur. Bu seçkilərin də azad və ədalətli keçirilməsi ilə Azər­baycan demokratik prinsiplərin inkişafına xüsusi önəm verdiyini nümayiş etdirəcək.

XQ

Son xəbərlər