Vətənin çağırışına “Hə!”

post-img

Hazırda respublikamızda və xarici ölkələrdəki diplomatik korpuslarda növbədənkənar prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir. Qazaxıstanda yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Səfirlikdən verilən məlumata görə, vətəndaşlarımızın seçkilərdə səs vermələrinin təmin olunması üçün bütün imkanlardan istifadə olunur.

Azərbaycan Respublikasının Qa­zaxıstandakı səfirliyi tərəfindən bu ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində səs vermələri­nin təmin olunması üçün qanunveri­cilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Səfirli­yin açıqlamasında qeyd olunur ki, ilkin müşahidələr seçici fəallığının yüksək olacağına əminlik yaradır. Qazaxıstan­da yaşayan Azərbaycan vətəndaşları­na səsvermədə iştirak etmələri üçün müraciət olunaraq, seçkilərdə iştirak qaydalarına dair ətraflı məlumat veri­lib və onlar seçkidə fəal iştiraka dəvət olunub. 

Həmçinin, səfirliyin və Almatı şəhə­rində konsulluq qeydiyyatında olan aktiv seçki hüququna malik vətəndaş­larımızın siyahısı tərtib olunaraq Azər­baycan Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Qazaxıstanda yaşayan vətəndaşlarımızın seçki hüquqları­nın təmin edilməsi məqsədilə paytaxt Astana şəhərində yerləşən səfirlikdə, səfirliyin Almatı şəhərindəki ofisində, eləcə də Aktau şəhərindəki Baş Kon­sulluqda qanunvericiliyə uyğun olaraq seçki məntəqələri yaradılıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər