Müşahidə aparmaq üçün MSK-ya müraciət müddəti başa çatıb

post-img

Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatıb.

Seçki Məcəlləsinə əsasən, seçkilə­rin təyin edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi par­tiyalar blokunun, seçkilər sahəsində fəa­liyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdi­rilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiy­yatdan keçməklə) Azərbaycan Respubli­kasının bütün ərazisində müşahidə apa­rılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. 

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanva­rın 28-dək olan dövrü əhatə edir.

Həmçinin, səsvermə gününədək seç­ki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xü­susi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddə­ti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər