Rusiyadakı soydaşlarımız seçkiyə öyünclə gedəcəklər

post-img

Bu fikri TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Diplomatik nümayəndəliyimizin rəh­bəri xüsusi olaraq qeyd edib ki, 2024-cü il fevralın 7-nə nəzərdə tutulan növbə­dənkənar prezident seçkiləri sözün əsl mənasında müstəqil Azərbaycanın bütün ərazisini əhatə edəcək. Artıq azad olun­muş ərazilərdə məntəqə seçki komissi­yaları formalaşdırılıb, səsvermə üçün hər cür şərait yaradılıb.

P.Bülbüloğlu deyib: “Şübhəsiz ki, yuxarıda sadaladıqlarım onu deməyə əsas verir ki, həm Azərbaycandakı, həm də onun hüdudlarından kənardakı vətən­daşlarımız yüksək fəallıq nümayiş etdirə­cək, çiçəklənən və qüdrətli Azərbaycan naminə düzgün seçim edəcəklər”.

Səfir deyib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları növbədənkə­nar Azərbaycan Respublikası Preziden­ti seçkilərinə böyük maraq göstərirlər: “Moskvadakı səfirliyimiz növbədənkənar prezident seçkilərinin keçirilməsinə ha­zırdır. Bu, mənim Moskvada uzun illər fəaliyyət göstərdiyim müddətdə səfirliyi­mizdə keçirilən birinci seçkilər deyil, yəni artıq təcrübə var. Amma bu dəfə Rusiya­da yaşayan vətəndaşlarımızın daha bö­yük ruh yüksəkliyinin şahidi oluram”.

P.Bülbüloğlu bildirib ki, Moskva ilə ya­naşı, Azərbaycanın baş konsulluqlarının yerləşdiyi Sankt-Peterburq və Yekaterin­burqda da seçki məntəqələri açılacaq.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər