Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə günü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “Oracle Advisory Group” şirkəti (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Vətəndaşların Əmək Hüquqlarını Mü­dafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müra­ciət edərək, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində “Oracle Advisory Group” şirkəti (Amerika Birləş­miş Ştatları) ilə birgə səsvermə günü “exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınması­nı xahiş etmişdir. 

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Komissiya “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkredita­siyası Qaydaları”nda nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, həmin təşkilatın səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Beləliklə, Vətəndaşların Əmək Hüquq­larını Müdafiə Liqasının müraciəti təmin olunmalı, “Oracle Advisory Group” şirkəti ilə birgə səsvermə günü “exit-poll” keçirə­cək qurum kimi qeydə alınmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Res­publikası Qanununun 2.4-cü maddələrinə və “Azərbaycan Respublikasında seç­kilərdə “exit-poll” keçirən təşkilatların akk­reditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən qərara alır: 

1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının müraciəti təmin edilsin və 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “Oracle Advisory Group” şirkəti ilə birgə səsvermə günü “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın. 

2. Bu Qərar dərc edildiyi gündən qüv­vəyə minir. 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova 

Katib Mikayıl Rəhimov

Son xəbərlər