Neftçalada oğurluq edən şəxs barədə həbs qətimkan tədbiri seçilib

post-img

Neftçalada yerləşən və hazırda fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Elmar Əsgərov Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov yanvar ayı ərzində qeyd olunan obyektə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 2 ədəd seyf, 1 ədəd transformator, 5 ədəd dəmir barmaqlıq və digər əşyaları oğurlamaqla, zərərçəkmişə ümumilikdə 7000 manata yaxın maddi ziyan vurub.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər