Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizə­di qeydə alınmış Böyük Quruluş Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seç­ki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində aşağı­dakı şəxslər Böyük Quruluş Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsın­lar:

- Elmir Əlqulu oğlu Quliyev;

- Yaşar Aydın oğlu İbrahimov;

- Şəmsəddin Binyət oğlu Xudaverdiyev;

- Əjdər Sultan oğlu Əhmədov;

- Oqtay Yusif oğlu Qasımov;

- Könül Fəhrad qızı Quliyeva;

- Süleyman Əmirxan oğlu Hümbətov;

- Sübhan Əliağa oğlu Əliyev;

- Sevinc Səyavuş qızı Ağajanova;

- Tural Nazim oğlu Mustafayev;

- Elçin Nazim oğlu Ağasiyev;

- Murad Nadir oğlu Əliyev;

- Faiq Bəşir oğlu Məmmədli;

- Nazim Əli oğlu Qədirov;

- Asif Sudeyf oğlu Əliyev.

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Son xəbərlər