Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Milli Cəbhə Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizə­di qeydə alınmış Milli Cəbhə Partiyası və­kil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir. 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seç­ki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarı­da qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində aşa­ğıdakı şəxslər Milli Cəbhə Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsın­lar:

- Elçin Vahid oğlu Həsənov;

- Murad Valeh oğlu Alışov;

- Qənbər Qaraş oğlu Əhmədov;

- Kamil Möhbalı oğlu Babayev;

- Məhəmməd Vidadi oğlu Əsədullazadə;

- Dayandur Mikayıl oğlu Tağıyev;

- Sərxan Mehti oğlu Tağıyev;

- Sərvaz Hüseyn oğlu Əskərov;

- Eldəniz Yusif oğlu Xudiyev;

- Zakir Turab oğlu Abbasov;

- İlqar Piri oğlu Dadaşov;

- Ülviyyə Cahandar qızı Şıxıyeva;

- Oktay Telman oğlu Alisgəndərov;

- Mirdamət Mirqiyas oğlu Sarıyev;

- Behbud Tərlan oğlu Abbasov;

- Esmira Zahir qızı Abbasova;

- Şirvani Hümmət oğlu Qasımov.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Son xəbərlər