Ödənişsiz efir vaxtında çıxışların ardıcıllığı

post-img

Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

Prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkə­tində ödənişsiz efir vaxtında çıxışetmə ardıcıllığı məlum olub.

Püşkatmanın nəticəsinə görə, na­mizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Par­tiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Parti­yasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Parti­yasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və na­mizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

XQ

Son xəbərlər