Seçkilərdə polisin xidməti fəaliyyəti

post-img

Növbədənkənar prezident seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bu məqsədlə Şəkidə polisin xidməti fəaliyyətinə dair seminar-müşavirə keçirilib. 

Tədbirdə prezident seçkilərində po­lis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Mərkəzi Seçki Komissiyası və Daxi­li İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir seçki prosesində, elə­cə də səsvermə günü polisin xidməti fəaliyyətini, polis orqanları ilə seçki ko­missiyalarının qarşılıqlı fəaliyyətini tək­milləşdirmək, bu istiqamətdə görülmüş işlərin səmərəliliyini daha da yüksəltmək məqsədi daşıyıb.

Seminar-müşavirədə MSK-nın üzv­ləri, Daxili İşlər Nazirliyinin əməkdaş­ları, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyasının sədrləri, 11 şəhər və rayon polis orqanlarının nümayən­dələri, həmçinin ATƏT-in uzunmüddətli müşahidəçiləri iştirak ediblər.

Tədbir Şəki Şəhər Rayon Polis Şö­bəsinin rəisi, polkovnik Elnur Həsənov və MSK-nın üzvü Tofiq Həsənovun açı­lış nitqləri ilə başlayıb. Bildirilib ki, ölkə­mizdə seçkilərin keçirilməsi sahəsində böyük təcrübə qazanılıb. Əminliklə qeyd etmək olar ki, prezident seçkiləri də əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcək.

Sonra MSK-nın üzvü Qabil Orucov “Seçki qanunvericiliyi, seçki komissi­yalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki ko­missiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK prezident seçkiləri ərəfəsində maarif­ləndirmə tədbirlərinə xüsusi diqqət ayı­rır. Seçki hüququnun həyata keçirilmə­sində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından belə seminar-müşavirələ­rin xüsusi əhəmiyyəti var.

Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seç­kilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaş­larının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərin və di­gər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zama­nı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda təqdimatla çıxış edib.

Qeyd olunub ki, növbədənkənar prezident seçkilərinin ölkə qanunveri­ciliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində müvafiq Tədbirlər Pla­nı təsdiqlənib və icrası xüsusi nəzarətə götürülüb. Seçki kampaniyasının təb­liğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və seçki prosesində iştirak edən digər subyektlərin təh­lükəsizliyinin təmin edilməsi, hüquqla­rının qorunması, polis əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət etmələri və di­gər bu kimi məsələlər nazirliyin rəhbər­liyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün dairə və məntəqə seçki komissiyaları nümayən­dələrinin polisin fəaliyyəti ilə bağlı qal­dırdıqları bütün məsələlər operativ qay­dada həll olunacaq.

Tədbirdə, həmçinin MSK-nın üzvü Tofiq Həsənov “Seçki subyektləri, onla­rın hüquq və vəzifələri. Seçki subyekt­lərinin fəaliyyətinə qanunsuz müdaxilə­nin yolverilməzliyi” mövzusunda çıxış edib.

Ə.BƏDƏLOV
XQ



Son xəbərlər