FHN: Sexdə dağıntı altında qalan şəxslərin olması ehtimalı ilə əlaqədar axtarış işləri davam etdirilir

post-img

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.



Son xəbərlər