Odlu silahların təhvil verilməsi davam etdirilir

post-img

Yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 24 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və  245 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün keçirilmiş başqa bir əməliyyatla qanunsuz saxlanılan 1 ədəd avtomat, 1 ədəd tapança,  1 ədəd patron darağı, 19 ədəd müxtəlif markalı tüfəng və 19 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər