Prezident seçkilərinə hazırlıq davam edir

post-img

Təşviqat materialları üçün ünvanlar ayrılıb

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, dairə seç­ki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti və bələdiyyə orqanları səsvermə gününə azı 30 gün qalana­dək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün mü­vafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir. Bu müddət 2024-cü il yanvarın 8-də başa çatacaq və ar­tıq təşviqat materialları üçün yerlər müəyyən olunub.

Polislər üçün yaddaş kitabçası

2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seç­ki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir.

MSK Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitab­çası” hazırlayıb. Qurumlararası əmək­daşlıq çərçivəsində reallaşdırılan layihə­nin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn Prezident seçkilərində xidməti fəaliyyətinin daha da təkmilləş­dirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Nəşrdə prezident seçkilərinin ha­zırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənəd­lərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qa­nunvericiliklə müəyyənləşdirilmiş xid­məti vəzifələrini yerinə yetirərkən hə­yata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Azər­baycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azər­baycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsa­sında tərtib olunub.

“Polis əməkdaşları üçün yaddaş ki­tabçası” Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb

MSK-dan verilən məlumata görə, ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqə­si yaradılıb. Həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.

72 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

2024- cü il fevralın 7-də keçirilə­cək növbədənkənar prezident seç­kilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq mü­şahidəçi Mərkəzi Seçki Komissiyası­na müraciət edib.

Bu barədə MSK-nın sədri Məzahir Pənahov komissiyanın iclasında mə­lumat verib. MSK sədri müraciətlərin hamısının müsbət qarşılandığını qeyd edib.

M.Pənahov bildirib ki, ATƏT-in De­mokratik Təsisat və İnsan Haqları Bü­rosu (DTİHB) prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfərlə, MDB 9 nəfərlə, Gürcüstan Mərkəzi Seçki Ko­missiyası sədrinin rəhbərliyi ilə müşahi­də missiyası artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 

Bundan başqa, MSK-da 228 yer­li müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. 

Əliqismət BƏDƏLOV
XQ



Son xəbərlər