Seçkilərə hazırlıq çərçivəsində Gəncədə regional seminar keçirilib

post-img

Fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən regional seminar təşkil olunub.

Dekabrın 27-də keçirilən seminarda Gəncəbasar üzrə dairə seçki komissiyalarının Ekspert qruplarının üzvləri iştirak ediblər.

Mərkəzi Seçki Komis­siyasının üzvü Fuad Ca­vadov çıxışında bildirib ki, yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respub­likası Prezidenti seçkilərin­də keçirilən bugünkü tədbir vətəndaşların seçki hüquq­larını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərar­lardan müraciət və şikayət­lərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin mə­lumatının artırılmasına, bilik, bacarıq və işgüzar vərdişləri­nin daha da təkmilləşdirilmə­sinə hədəflənib.

Sonra MSK üzvü Qavil Orucovun, institutun İnsan hüquqları üzrə təlim və eks­pertiza şöbəsinin müdiri, vəkil Vüsalə Muradxanlının və institutun İnsan hüquq­ları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Hamlet Babayevin seçkilərlə bağlı Ekspert qruplarının fəa­liyyətlərinin əsasları, kazus­lar üzrə praktiki məşğələlər, sinaq testlərin həlli və digər məsələlər ətrafında maraqlı və faydalı çıxışları dinlənilib.

Tədbirin praktiki hissə­sində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər ke­çirilib, iştirakçılar sınaq test­lərinin həllinə cəlb edilib.

Sonda iştirakçılara ilk dəfə olaraq ekspert qrupu­nun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.

XQ

Son xəbərlər