Şəkidə Ekspert qruplarının üzvləri üçün regional seminar

post-img

Gələn il fevral ayının 7-nə ölkəmizdə növbədənkənar prezident seçkiləri təyin edilib. Seçkilərin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası paytaxtla yanaşı, regionlarda da genişmiqyaslı tədbirlər keçirir.

Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə bir­gə layihəsi çərçivəsində “Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən” növbəti regional seminar Şəki­də təşkil olunub.

Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, eləcə də İsmayılı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə dairə seçki ko­missiyalarının Ekspert qruplarının üzv­ləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov seminarda “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırması prinsipləri” mövzusunda məruzə edib. 

Hüquq və İnsan Haqları İnstitutunun Ekspert Şurasının üzvü Vəfaddin İba­yev “Avropa İnsan Hüquqları Konven­siyasında azad seçki hüququ (I hissə)” mövzusunda təqdimatlarla çıxış edib.

Çıxışlar zamanı, həmçinin iştirakçı­lara əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.

Daha sonra “Seçkilərlə bağlı müra­ciətlərə dairə seçki komissiyaları tərə­findən baxılması, Ekspert qruplarının fəaliyyətinin əsasları”, “Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququ (II hissə)”, seçkilərlə bağlı Eks­pert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sinaq testlərin həlli və digər məsələlər barədə çıxışlar dinlənilib, məlumat verilib.

Tədbirin praktiki hissəsi başa çatan­dan sonra MSK nümayəndələri seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçib, dairə seçki komissiyaların üzvləri sınaq testlərinin həllinə cəlb olunub.

Həmçinin ilk dəfə Ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardım­çı olacaq yeni yaddaş kitabçası payla­nılıb.

XQ



Son xəbərlər