Hərbi Prokurorluq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Xankəndidə tədbir keçirib.
Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev, idarə rəisi Emil Kərimov, Ağdam hərbi prokuroru Surxay Hüseynov və digər çıxışçılar dahi şəxsiyyət Heydər Əliyevin dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.
XQ