Dekabrın 23-də Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Müşviqabad qəsəbəsinin ərazisində təşkil olunan aksiyada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YAP və ETSN-in nümayəndələri, həmçinin ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində 700 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bu nəcib təşəbbüs ölkəmizdə həyata keçirilən yaşıllaşdırma siyasətinə daha bir töhfədir.
XQ