AHİK-in növbədənkənar qurultayı

post-img

Dekabrın 20-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaq­ları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilib.

Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təs­diqlənib.

Tədbirin gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi”, “AHİK-in Bəyanatı haqqında”, “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti”, “Təftiş ko­missiyasının hesabatı” və “AHİK sədrinin seçilməsi” barədə məsələlər daxil edilib.

Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəlikdəki birin­ci məsələ - “İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyi­nin dəstəklənməsi” ilə bağlı Səttar Möh­balıyev çıxış edib.

O bildirib ki, Konfederasiya yarandı­ğı vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qey­ri-qanuni addımlar atıldığı çoxlarına mə­lumdur. Bütün bunlara Heydər Əliyevinhakimiyyətə gəlməsi ilə son qoyuldu. Di­gər təsisatlar kimi, həmkarlar ittifaqlarının hüquqları beynəlxalq normalara uyğun bərpa olundu, sosial tərəfdaşlıq institutla­rı formalaşmağa başladı. Bu siyasəti Pre­zident İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən başlayaraq bütün prezi­dent seçkilərində həmkarlar ittifaqlarının vahid namizədi məhz İlham Heydər oğlu Əliyev olub.

O, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində həmişə olduğu kimi, demokratiyanın zəfər çalacağına əminliyini ifadə edib. AHİK sədri deyib: “Xalqımız sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişa­fa səs verəcək, hakimiyyəti sınanmış və etibarlı əllərdə saxlayacaq”. 

Səttar Möhbalıyev vurğulayıb ki, Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi demək­dir. Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqının hər bir üzvü seçkilər­də Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxa­ran İlham Əliyevin namizədliyini yekdil­liklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edir. 

Sonra çıxış edən AHİK-ə üzv təşki­latların sədrləri Prezident İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi üçün gör­düyü işlərdən danışıblar, onun namizəd­liyinin dəstəklənməsinin zəruriliyini bildi­riblər.

Qərar layihəsi səsə qoyularaq yekdil­liklə qəbul olunub və İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seç­kilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.

Gündəlikdəki “AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti” ilə bağlı çıxış edən S.Möhbalıyev bildirib ki, 2018-2023-cü illərdə həmkarlar ittifaqı üzvlərinin müali­cə və istirahətlərinin təşkilinə 154 milyon 658 min manat vəsait xərclənib. Bu vəsa­itin hesabına 391 min 836 nəfər müalicə alıb və istirahət edib. 

AHİK sədri, həmçinin bildirib ki, 2018-2023-cü illərdə işçilərin əmək hüquq­larının pozulması ilə bağlı həmkarlar ittifaqının hüquq müfəttişləri tərəfindən məhkəmələrə 79 iddia ərizəsi ilə müra­ciət edilib.

AHİK-in 2018-2023-cü illərdəki fəa­liyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub və qərar səs çoxluğu ilə qəbul olunub. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və səsə qo­yularaq təsdiqlənib.

Gündəlikdəki “AHİK sədrinin seçil­məsi” barədə məsələ ilə bağlı çıxışlarda sədr vəzifəsinə Səttar Suliddin oğlu Möh­balıyevin namizədliyi irəli sürülüb. Bey­nəlxalq Həmkarlar İttifaqları Konfederasi­yasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfedera­siyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbay­can Həmkarlar İttifaqları Konfederasiya­sının sədri seçilib.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbə­dənkənar VI qurultayı öz işini başa çat­dırıb.

XQ



Son xəbərlər