Ölkəmiz COP29-u ən yüksək səviyyədə keçirəcək

post-img

Dekabrın 18-də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları COP29-la əlaqədar birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir: 

“Biz Azərbaycanın vətəndaş cə­miyyəti təmsilçiləri olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayırıq. Bu növbəti tarixi uğur mü­nasibətilə Azərbaycan xalqını, şəxsən Prezident İlham Əliyevi təbrik edirik!

Bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq alə­min vahid mövqedən çıxış etməsi Azər­baycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azər­baycan dövlətinə etibar etməsi Prezi­dent İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmə­ti, möhkəm dəstəyi nümayiş etdirir.

Şübhə etmirik ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə ke­çirəcək. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı 120 ölkənin dəstəyi­ni qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər bey­nəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji si­yasətinə qlobal dəstəyi ifadə edir. 

Artıq Qarabağda və Şərqi Zəngə­zurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə bura­da hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq ki, bu da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir.

Bu yaxınlarda Prezident İlham Əli­yevin Qaradağ Günəş Elektrik Stan­siyasının rəsmi açılış mərasimində­ki çıxışında Azərbaycanın indi yaşıl gündəliyə doğru sürətlə irəlilədiyini açıqladı. Biz Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri kimi bunu alqışla­yırıq və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə kimi yüksək qiymət­ləndiririk.

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlə­tinin milli hədəflərindən biri kimi müəy­yən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının keçirilməsi bu istiqamət­də siyasi iradənin növbəti nümunəsi­dir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaş­lıq haqqında Saziş də imzalayıb.

Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi et­məyə tam layiqdir.

Biz Azərbaycanın vətəndaş cəmiy­yəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əli­mizdən gələni əsirgəməyəcəyimizi bə­yan edirik.

Biz qəbul etdiyimiz bu bəyanatla COP29-la əlaqədar müsbət təşəb­büsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu is­tiqamətdə hər cür kömək göstərməyə hazır olduğumuzu elan edirik”.

Son xəbərlər