ATƏT nümayəndələri Milli Məclisdə

post-img

Dekabrın 18-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb. 

Ölkəmizin ATƏT DTİHB ilə əmək­daşlıq əlaqələrindən danışan Ə.Hüsey­nli diqqətə çatdırıb ki, hər ötən seçkidən sonra DTİHB-nin tövsiyələri izlənilib və hazırki Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir. 

Qoran Petrov bildirib ki, səfər seçki öncəsi vəziyyət və seçki mühiti ilə tanış olduqdan sonra bu barədə hesabat ha­zırlanması məqsədi daşıyır. 

***

Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçilə­ri də ATƏT Missiyasının nümayən­dələri ilə görüşüblər. 

Görüşdə Vətəndaş Həmrəyliyi Par­tiyasının üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov,Vətəndaş Həmrəyliyi Parti­yasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mus­tafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquli­yev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokratik İs­lahatlar Partiyasının sədri Asim Molla­zadə, Azərbaycan Demokratik Maarif­çilik Partiyasının sədri Elşən Musayev, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli və Vəhdət Partiya­sının sədri Tahir Kərimli iştirak ediblər. 

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər