Odlu silahlar könüllü təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.   

Dekabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4  ədəd avtomat, 2 qumbara,  5 ədəd patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat və 6 tüfəng götürülüb.

Füzuli rayonunda tapılan daha bir avtomat silahı da təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı avtomat silahını polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam edtirilir.

 

XQ

Son xəbərlər