Polkovnikin memuarları

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində polkovnik Mehman Hacalıyevin “Gördüklərim, bildiklərim, eşitdiklərim” adlı memuar-xatirə kitabının təqdimat mərasimi təşkil edilib. 

Tədbirdə Muzeyin rəisi Əzizağa Qənizadə, I Qarabağ müharibəsinin qaziləri, polkovnik Hafiz Əliyev, polkovnik-leytenant Elsəfa Qarayev, Hafiz Əmirov və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.

Qeyd edilib ki, Ermənistan–­Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. Memuar-xatirə kitabında erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımıları və qanlı cinayətlər barədə ətraflı məlumatlar öz əksini tapıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçiblər. Nəticədə, dinc sakinlərin amansız şəkildə sistematik və kütləvi qırğını təşkil edilib, soyqırımı ­törədilib. 

Vurğulanıb ki, II Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Bu Qələbə tarixdə əbədi qalacaq. 

Daha sonra Mehman Hacalıyevin ömür yoluna həsr olunmuş slayd-şou nümayiş olunub.

L.QURBANOVA 
XQ

 

Son xəbərlər